Bu il Dağlıq Qarabağ münaqişəsi... - Mnatsakanyandan AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Bu il Dağlıq Qarabağ münaqişəsi... - Mnatsakanyandan AÇIQLAMA

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçiriləcək növbəti görüşün tarixini açıqlamayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə Gürcüstanın paytaxtı Tiflisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ölkənin baş diplomatı görüşün tarixinin hər iki tərəfdən eyni vaxtdan elan ediləcəyini bildirib:

“Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kifayət qədər çalışdıq, görüşlər davam edir”.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş iyunun 20-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm