Azərbaycan ordusunun gənc zabitləri xidmətə başladı
Bizi izləyin

Nida Xəbər

Azərbaycan ordusunun gənc zabitləri xidmətə başladı

Azərbaycan Ordusunun hərbi hissələrindən birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı təntənəli mərasim keçirilib.

Publika.az Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir hərbi hissənin sıra meydanında təntənəli düzülüşlə başlayıb, dövlət bayrağı meydana gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni ifa olunub.

Gənc zabitlərə hərbi hissənin tarixindən, keçdiyi döyüş yolundan, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraitindən danışılıb.

Leytenantlar əsgər yataqxanaları, anbarlar, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlarla tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm