Nida Xəbər
Elmar Məmmədyarov: Bizi tarixən ümumi köklər birləşdirir
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov “Vneşnyaya politika i diplomatiya Turkmenistana” jurnalına müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir.
- Cənab nazir, Siz Türkmənistan Prezidentinin Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında səsləndirdiyi I Xəzər İqtisadi Forumunun keçirilməsi təşəbbüsünü necə qiymətləndirirsiniz?
- İlk növbədə fürsətdən istifadə edib, Türkmənistan xalqına ən səmimi istəkləri çatdırmaq və sizi bir daha Azərbaycanda ölkənizə ənənəvi olaraq daim hiss etdiyimiz dostluq münasibətlərinə, qardaşlıq hisslərinə əmin etmək istərdim. Bizi tarixən ümumi köklər birləşdirir, coğrafi baxımdan biz Xəzərlə bağlıyıq. Xəzər xalqlarımızın taleyində həmişə mühüm rol oynayıb. Odur ki, heç də təsadüfi deyil ki, istər Azərbaycanda, istərsə də Türkmənistanda Xəzər dənizinin, habelə sahilyanı ölkələr arasında beynəlxalq əməkdaşlığın potensialının açılmasına belə böyük əhəmiyyət verilir.
Bununla əlaqədar olaraq, biz öz tərəfimizdən Xəzər İqtisadi Forumunun çağırılması haqqında Türkmənistan Prezidentinin təşəbbüsünü alqışlayırıq. Bu təşəbbüs tərəfimizdən qəbul edilmiş və beş Xəzəryanı ölkə arasında əməkdaşlığın Xəzəri sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsini elan edən Konvensiyanın müddəalarını praktiki məzmunla dolğunlaşdırmaq naminə fəallaşdırılmasının yeni formatına çevriləcək.
- Gələcəkdə Xəzəryanı regionun iqtisadi inkişafında Azərbaycan Respublikasının rolunu və potensialını necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, sənayeləşmə erası başlayandan etibarən Bakı istər quruda, istərsə də dənizdə neft-qaz resurslarının mənimsənilməsinin pioneri və əsas mərkəzi olub. Bu, XIX əsrdə də, sovet dövründə də, dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə də belə olub. Biz regionumuzun zəngin iqtisadi potensialının açılmasında bu fəal iştirak xəttini davam etdirmək əzmindəyik. Əlbəttə, Azərbaycan Respublikası qonşu ölkələrlə sıx qarşılıqlı fəaliyyəti birgə səylərimizə ciddi təsir edən amil kimi nəzərdən keçirir. Biz həm ikitərəfli və üçtərəfli əsasda, həm də bütün Xəzəryanı dövlətləri birləşdirən əsasda qarşılıqlı faydalı kooperasiyanın müxtəlif formatlarına açığıq. Əsas məsələ budur ki, həyata keçirdiyimiz layihələr ölkələrimizin maraqlarına cavab versin və müxtəlif sahələrdə aramızda mövcud olan əməkdaşlığın daha da dərinləşməsinə xidmət etsin.
Azərbaycan öz iqtisadiyyatının strateji inkişaf kursunu, o cümlədən regional əməkdaşlığın birgə inkişafımızın əldə edilməsi naminə daha da genişlənməsi və dərinləşməsi kursunu bundan sonra da ardıcıl olaraq həyata keçirəcək.
-Cənab nazir, mümkünsə, 2019-cu il avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək Xəzəryanı Dövlətlərin İqtisadi Forumuna Azərbaycan nümayəndə heyətinin hazırlığı və qarşıdakı görüşlərdən, bu forumda qəbul ediləcək qərarlardan sizin gözləntiləriniz barədə bir neçə kəlmə deyə bilərsinizmi?
- Artıq qeyd etdiyim kimi, Azərbaycan Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlığının möhkəmlənməsinə və zəngin potensialının tam açılmasına çox böyük maraq göstərir. Zənnimizcə, biz Türkmənbaşıda keçiriləcək iqtisadi foruma yetərincə əsaslı şəkildə hazırlaşmışıq. Xəzəryanı ölkələrin əməkdaşlığının bu formatının işə salınmasından bizim əsas gözləntilərimiz qarşılıqlı fəaliyyəti regionda həyata keçirilən mühüm təşəbbüslər çərçivəsində konkretləşdirməkdən ibarətdir. Düşünürük ki, energetika, logistika və digər layihələrin intensivləşdirilməsi ölkələrimizin hər birinin və bütövlükdə Xəzər məkanının maraqlarına xidmət edəcək.
Türkmənistanlı həmkarlarımızı və tərəfdaşlarımızı bu mühüm təşəbbüs münasibətilə bir daha təbrik etmək istərdim. Əminəm ki, bu təşəbbüs həm Türkmənistanın, həm də Azərbaycanın və digər Xəzəryanı dövlətlərin inkişafı naminə nəzərəçarpacaq bəhrələr verəcək.
-
Kriminal22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq
-
Ekologiya19:24
Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı - VİDEO/FAKTİKİ HAVA
-
Magazin119:12
Məşhur reper Akon Bakıya gəldi - VİDEO