"Bu cür təxribatlar yolverilməzdir" - Zakir Həsənov
Bizi izləyin

Nida Xəbər

"Bu cür təxribatlar yolverilməzdir" - Zakir Həsənov

“Mən Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndirirəm. Azərbaycan tankçıları müsabiqəyə qatılan 30-a yaxın ölkə arasında finala çıxdılar. Dörd ən güclü komanda arasında bizim komanda da var. Bu artıq özü yüksək nəticədir”.

Bunu "Report"a açıqlamasında Rusiyada səfərdə olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib.

“Beynəlxalq Ordu Oyunları - 2019” müsabiqəsində Azərbaycana qarşı baş vermiş təxribatlara da münasibət bildirən nazir bütün təxribatların qarşısının alındığını söyləyib

“Azərbaycana qarşı baş vermiş bütün təxribatların qarşısı alınıb. Mən hərbi oyunları siyasiləşdirmək istəmirəm. Bu cür təxribatlar yolverilməzdir. Bunu səhv addım kimi qiymətləndirirəm. Tədbirin ev sahibi Rusiya Federasiyası bu cür təxribatların qarşısını alıb. Bu qədər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm