Bakıda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Bakıda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm