Real TV-dən möhtəşəm uğur
Bizi izləyin

Nida Xəbər

Real TV-dən möhtəşəm uğur

1 il 5 aylıq fəaliyyəti dövründə Real TV növbəti uğuruna imza atdı. Xəbər kanalı olaraq fəaliyyətə başlayan Real TV bu gün açıq yayımda olmaqla özünəməxsus auditoriya toplaya bilib və Mir Şahin Ağayevin rəhbərliyi ilə hazırda ölkənin xəbər siyasətinin formalaşmasında mühüm rol oynayır.

Tək bunu demək kifayətdir ki, Real TV Azərbaycan Prezidenti İlham Əliyevdən son illərdə ilk ekskuliziv müsahibə alan kanal olub.

Bu gün isə Real TV daha maraqlı bir yeniliyə imza atıb. Belə ki, kanal 1 il 5 aylıq fəaliyyəti zamanı digər kanallardan fərqli olaraq canlı yayımlara daha çox üstünlük verirdi və hadisə yerindən canlı olaraq xəbəri tamaşaçılara çatdırmaqla operativliyi təmin edirdi. Bu gün isə Real TV 5 mininci dəfə hadisə yerindən canlı efirə çıxaraq xəbəri tamaşaçılara çatdırıb.

Bununla bağlı Real TV-nin baş redaktoru Səbinə Ağayeva Axar.az-a açıqlama verərək bildirib ki, bu cür canlı yayımların, hadisə yerindən xəbəri operativ olaraq çatdırmaq televiziyanın əsas özəlliklərindən biridir:

”Müasir dünyada xəbər kanalı olaraq fəaliyyət göstərirsənsə, ilk növbədə xəbərin tamaşaçıya tez çatdırılmasına nail olmalısan. Biz bunu artıq edə bilmişik. Amma bu, məsələnin hələ başlanığıcıdır. Məqsədimiz isə budur ki, Real TV olaraq tək Azərbaycan daxilində yox, həm də xarici ölkələrdə də bu cür bağlantılar yarada bilək. Artıq Türkiyədə bu məsələni həll etmişik və yaxın günlərdə dünyanın aparıcı digər dövlətlərində də bu uğurumuzu təkrarlayacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm