Nida Xəbər
Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu
Sentyabrın 3-də İstanbul valisi Ali Yerlikaya ilə ölkəmizin bu şəhərdəki baş konsulu Məsim Hacıyevin görüşü olub.
Publika.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda baş tutan görüş zamanı ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu sahə üzrə əməkdaşlığın daha da artırılması istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
M.Hacıyev dərin mənəvi və tarixi dayaqlara söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini bildirib. Qeyd edilib ki, bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Yerlikaya iki qardaş ölkə arasındakı mövcud münasibətlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində daha da dərinləşdiyini bildirib. O, bu münasibətlərin bundan sonra da bu istiqamətdə inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Söhbət əsnasında baş konsul İstanbul valisini Bakıya səfərə dəvət edib.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?