Kaladze Azərbaycanın diplomatik medalı ilə təltif edildi
Bizi izləyin

Nida Xəbər

Kaladze Azərbaycanın diplomatik medalı ilə təltif edildi

Tiflis şəhərinin meri Kaxa Kaladze “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Publika.az xəbər verir ki, Kaxa Kaladze Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin Tiflis ilə Bakı arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov medalı K.Kaladzeyə təqdim edib.

Dursun Həsənov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb, Azərbaycan ilə Gürcüstan arasındakı dostluğun sarsılmaz olduğunu bildirib.

Mükafata görə minnətdarlığını bildirən K.Kaladze deyib: “Çox məmnunam ki, bu mükafata layiq görülmüşəm. Bu mükafata görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Energetika naziri olanda biz birgə Gürcüstan və Azərbaycanın maraqlarına uyğun bir sıra əhəmiyyətli layihələr həyata keçirmişik. Şadam ki, ölkələrimiz arasındakı bu münasibətlər daha da inkişaf etdirilir. Azərbaycan bizə tərəfdaş ölkədir və biz bu ölkə ilə münasibətlərə dəyər veririk”.

Görüşdə SOCAR şirkətinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm