Nida Xəbər
Qüdrət Həsənquliyev: “İqtidar Azərbaycanı qorumaq üçün hərəkətə keçməlidir”
İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir.
Publika.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP mətbuat xidmətinin “son günlər bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələri Sizi təəccübləndirmir ki? Başa düşmürlər, yoxsa...” sualını Qüdrət Həsənquliyev belə cavablandırıb:
“Qətiyyən təəccübləndirmir. Onlar hər şeyi çox gözəl başa düşürlər. Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını ıcra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var: “Quduran 40 gün yaşayar”.
İndi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə gələcəkdə proses daha ağrılı və çətin olacaq.
İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir. MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda fit müxalifətindən istifadə edərək sabitliyi pozmaqla istədiklərinə nail olacaqlarına kökləniblər”.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."