Nida Xəbər
Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı ilə görüşdü - FOTO
Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatı Kardinal Leonardo Sandri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Kardinal L.Sandri Azərbaycanda səfərdə olduğunu xatırlayaraq ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşdü və Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində mühüm addımlar atdığını qeyd edərək, ölkənin bu xüsusda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə dünya mədəni irsinin qorunmasına göstərilən dəstək yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq, bu xüsusda hazırkı səfəri çərçivəsində Pontifik Şərq İnstitutu ilə XİN-in Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) arasında mədəni və akademik sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalandığını məmnunluqla qeyd etdi. Nazir qarşı tərəfi bu ilin 14-15 noyabr tarixlərində ölkəmizdə keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti”nə dəvət edib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr apardılar.
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz