Elmar Məmmədyarov xorvatiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov xorvatiyalı həmkarını Azərbaycana dəvət etdi - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov xorvatiyalı həmkarını xarici işlər naziri təyinatı ilə bağlı təbrik edib.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm