Nida Xəbər
Elmar Məmmədyarov Avropa Şurasının Baş katibini Azərbaycana səfərə dəvət etdi
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Mariya P.Buriçi Avropa Şurasının (AŞ) Baş katibi seçilməsi münasibətilə təbrik etdi və hazırkı vəzifəsində Azərbaycana səfər etməyə dəvət edib.
Görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələləri dair fikir mübadiləsi aparıldı və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinə razılıq ifadə edildi.
Nazir Elmar Məmmədyarov AŞ Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu Yorkda keçirilmiş son görüş barədə məlumat verdi. Bu xüsusda, münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulandı.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparıldı.
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ