Nida Xəbər
Ermənistan dövlətçilik simasını büsbütün itirə bilər - Rusiya politoloqu
"Prezident İlham Əliyev Valday klubunda bəyanatı ilə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, işğal olunmuş Dağlıq Qarabağla bağlı hər hansı güzəştlərdən söhbət getmədiyini ortaya qoyub".
Bunu “Report”a rusiyalı politoloq Yevgeniy Mixaylov bildirib.
“Soçidə İlham Əliyevin verdiyi “Dağlıq Qarabağ Azərbaycandır” bəyanatı çox əlamətdardır. Bunu ən nüfuzlu ölkə başçılarının qarşısında əslində bütün dünyaya bəyan edib”, - deyən rusiyalı ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay Azərbaycanın işğal olunmuş Xankəndi şəhərindəki açıqlamasının yalnız Azərbaycan və Ermənistan mediası tərəfindən əks olunduğunu, halbuki İlham Əliyevin bəyanatını Rusiyanın və başqa ölkələrinin nüfuzlu KİV-lərinin yaydığını qeyd edib.
“Bu, mühüm bir bəyanatdır və məncə, məhz Valday forumunda yerinə düşdü. Yəni Azərbaycan Prezidenti İlham Əliyev dəyişməz olan mövqeyi ifadə edib. Ermənistan hökumətinin xeyli dəyişkən, tərəddüd edən mövqeyi müqabilində Azərbaycan rəhbərliyinin mövqeyi sabitdir”, - politoloq vurğulayıb.
“Bu gün iqtisadi və başqa cəhətlərdən zəif ölkə olan Ermənistanın güzəştə getmə ehtimalı xeyli yüksəkdir. Yəni Azərbaycanla Rusiya arasında güclü birgə iqtisadi və başqa səpgili layihələr düzgün qurulub işləsə, onda Yerevanın barışığa getməkdən başqa çarəsi qalmayacaq”, - deyən Y.Mixaylovun sözlərinə görə, N.Paşinyanın bəyanatı bütün dünyada sərt qarşılanır: “Bu, əvvəla, Ermənistan baş nazirinin çaşqın vəziyyətdə olduğunu göstərir. Əvvəllər siyasətdə olmayıb, yarıtmaz idarəçidir. Daha sanballı və mötəbər təsir bağışlayan İlham Əliyevin bəyanatı Paşinyanın bütün əvvəlki açıqlamalarını kölgədə qoyur”.
“Nəticədə Ermənistan dövlətçilik simasını büsbütün itirə bilər. Hər kəs onları dedikləri sözün arxasında durmayan, etimadını itirmiş ölkə kimi qəbul edəcək. Ermənilər Rusiya ilə Qərb arasında oyun aparacaq, lakin Rusiya da, Qərb də bu ölkənin elə bir strateji əhəmiyyət daşımadığını gözəl anlayır”, - deyə rusiyalı politoloq fikirlərini yekunlaşdırıb.
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı