Nida Xəbər
Leyla Abdullayeva: Dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq
"Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe isə öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyildir, çünki dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq".
Publika.az xəbər verir ki, bu fikirləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in "Ermənistan XİN-in mətbuat xidməti ən son şərhində “Dağlıq Qarabağ xalqının” maraqları məsələsini bir daha səsləndirdi. Bu xüsusda nə deyə bilərsiniz?" - sualını cavablandırarkən deyib.
XİN rəsmisi bildirib ki, Azərbaycanın bu barədə mövqeyi dəfələrlə səsləndirilib: "Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Valday” beynəlxalq diskussiya klubunda çıxışı zamanı bu məsələyə kifayət qədər əsaslı, aydın, konkret və qətiyyətli cavabını verib.
Ermənistanın hazırkı rəhbərliyinin sərgilədiyi mövqe isə öz-özünü, öz xalqını aldatmaqdan başqa bir şey deyildir, çünki dünya ictimaiyyətini aldatmaq mümkün deyil və mümkün olmayacaq. Ümumiyyətlə, Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir. Hətta Ermənistan XİN-in mətbuat xidmətinin özünün istinad etdiyi ATƏT-in Mink Qrupunun həmsədrlərinin birgə bəyanatları və münaqişənin iki tərəfi arasındakı razılaşmalarda aydın şəkildə “əhalilərin sülhə hazırlanmasından” söhbət gedir. Azərbaycanın dövlət başçısı hər bir kəsə aydın olacaq şəkildə izah etdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil, burada söhbət Azərbaycanın sözügedən bölgəsinin azərbaycanlı və erməni icmalarından ibarət əhalidən gedir.
Əgər Ermənistan tərəfi həqiqətən bu bölgədə demokratiyanın qələbə çalmasında maraqlıdırsa, o zaman Ermənistan, Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti həyata keçirən bir tərəf kimi, ilk növbədə, öz qoşunlarını bu ərazilərdən çıxarmalı və bu torpaqlardan zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin geri dönüşünə, yəni onların qanuni və demokratik hüquqlarının təmin olunmasına əngəl törətməməlidir".
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi