Nida Xəbər
Leyla Abdullayeva: Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan əlaqələri strateji səviyyəli tərəfdaşlıq münasibətləri kimi xarakterizə etmək olar. İki ölkə arasında keçirilmiş yüksək səviyyəli səfərlər mübadiləsi, xüsusilə də Prezidentlər səviyyəsində keçirilmiş çoxsaylı görüşlər ölkələrimiz arasındakı tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etməsinə yüksək töhfə verir.
Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr dinamik üzrə inkişaf edir: "Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır, eyni zamanda bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır. İki ölkə arasında qarşılıqlı investisiya layihələri, nəqliyyat sahəsi, turizm, humanitar və mədəniyyət və digər sahələrdə əlaqələr geniş şəkildə inkişaf etməkdədir. Ölkələrimiz, həmçinin beynəlxalq müstəvidə, qlobal təhlükəsizlik gündəliyinin bir sıra məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Bu xüsusda, terrorizm və ekstremizə qarşı mübarizədə əməkdaşlıq və əlaqələndirməni vurğulamaq olar".
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq