Londonda yaşayan keçmiş deputat Azərbaycana qayıdacaq
Bizi izləyin

Nida Xəbər

Londonda yaşayan keçmiş deputat Azərbaycana qayıdacaq

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu modern.az-a Rza İbadov özü bildirib: “Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

Həmçinin eks-deputat 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: “2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.
2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm