Paşinyan İlham Əliyevlə razılaşıb, Qarabağın... – Ermənistandan ŞOK İDDİA
Bizi izləyin

Nida Xəbər

Paşinyan İlham Əliyevlə razılaşıb, Qarabağın... – Ermənistandan ŞOK İDDİA

“Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ – bu Ermənistandır və nöqtə” bəyanatı ilə demək istəyirdi ki, “mən sizin əsas rəhbərinizəm, yaxud sahibinizəm”.

Publika.az
xəbər verir ki, bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “təhlükəsizlik şurasının” keçmiş “katibi” Vitali Balasanyan deyib.

Balasanyan hesab edir ki, Paşinyan böyük səhv edir və bu, çox təhlükəlidir.

“Əminəm ki, Paşinyan İlham Əliyevlə “Qarabağın danışıqlar masasına qayıtmaması” haqda razılaşıb və Əliyevin istəyinə uyğun olaraq, verilən bu bəyanat da ona hesablanmışdı”, - deyə o iddia edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm