Vilayət Eyvazovdan Yol Polisində MÜHÜM DƏYİŞİKLİK - Məşhur polis zabitini işdən çıxardı - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Vilayət Eyvazovdan Yol Polisində MÜHÜM DƏYİŞİKLİK - Məşhur polis zabitini işdən çıxardı - (YENİLƏNDİ)

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib.

Polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb.

Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib. Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Rəşadət Babayev rəis müavini olmaqla yanaşı, həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov danışmaq istəməyib: “Bəli, polkovnik Rəşadət Babayev Alayın komandiri olmaqla yanaşı, həm də rəis müavini idi. Dəyişikliklə bağlı isə mən dəqiq bir söz deyə bilmərəm. Siz bunu kadrlardan və ya DİN-in mətbuat xidmətindən dəqiqləşdirin”. (Bakupost)

****

15:28

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edib.

Nazirin əmri ilə Beyləqan rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Rəşid Piriyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib.

Bununla da Bakı şəhər DYP-də rəis müavinlərinin sayı 4-ə çatıb.(Avtosfer.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm