Nida Xəbər
Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirildi - FOTO
Çinin Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hərbi idmançılarının da iştirak etdiyi yarışda şuranın üzvü olan 109 ölkədən 9300 hərbçi idmanın 27 növü üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Bu il keçirilən dünya oyunları iştirakçıların və yarış növlərinin sayına görə indiyədək keçirilmiş ən böyük oyunlar olacaq.
Uxan şəhərindəki 35 məkanda 10 gün davam edəcək beynəlxalq idman tədbirinin rəsmi açılış mərasimində rəsmi qonaqlar, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. Yarışlara qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar üstünlük təşkil edirlər. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər də var.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO