Azərbaycan və Türkiyə ordusu RAZILAŞDI: gələn il...
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Türkiyə ordusu RAZILAŞDI: gələn il...

Bakıda 5 noyabrda başlayan 12-ci Azərbaycan-Türkiyə Ali Səviyyəli Hərbi Dialoq Toplantısı bu gün başa çatıb.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş qərargahlığının vitse-prezidenti Mətin Gürak ilə Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyevin rəhbərlik etdiyi toplantıda iki ölkə arasındakı hərbi münasibətlərin mövcud vəziyyəti və görüləcək işlərə bağlı müzakirə aparılıb.

Toplantıda iki ölkə arasında 2020-ci il üzrə hərbi əməkdaşlığın fəaliyyət planı tərtib edilib. Bununla bağlı protokol imzalanıb.

Növbəti toplantı gələn il Türkiyədə keçiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm