Nida Xəbər
Mədəniyyət naziri Latviya, İordaniya və İndoneziyanın səfirləri ilə görüşdü
Dekabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirlərini qəbul etdi.
Nazir Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğuladı. Əbülfəs Qarayev Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi.
Səfir Dainis Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi və birgə həyata keçiriləcək layihələrdə əməkdaşlığa hazır olduğunu qeyd etdi.
Mədəniyyət naziri Əbülfəs Qarayevin İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparıldı.
Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına təsir etdiyini diqqətə çatdırdı.
İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirdi, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirdi.
Daha sonra naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananini qəbul etdi.
Azərbaycanla İndoneziya arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edən nazir bu sahədə daha geniş imkanların olduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlığını bildirən diplomat ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, mədəniyyət sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması əhəmiyyət kəsb edir.
Səfir yaxın gələcəkdə İndoneziyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında eyniadlı filmin ərsəyə gətirildiyini və geniş ictimaiyyətə çatdırılması istiqamətində hazırlıqların getdiyini söylədi.
Sonda nazir Əbülfəs Qarayev qonaqlara uğurlar arzuladı və filmin işıqlandırılması ilə bağlı nazirlik tərəfindən dəstək verilməsinə hazır olduqlarını bildirdi.
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"