Naxçıvanda hərbi hissə üçün yeni qərargah binası istifadəyə verildi
Bizi izləyin

Nida Xəbər

Naxçıvanda hərbi hissə üçün yeni qərargah binası istifadəyə verildi

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.

Müdafiə təhlükəsizliyinin təmin olunması Naxçıvan Muxtar Respublikasının davamlı inkişafının əsasıdır. Muxtar respublikada ordu quruculuğuna diqqətin artırılması, silah və texnika təminatı ilə yanaşı, həm də hərbi hissələrdə müasir xidmət infrastrukturunun və yaşayış şəraitinin yaradılması sahəsində tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 7-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm