Lənkəranda külli miqdarda narkotik aşkarlandı, saxlanılanlar var
Bizi izləyin

Nida Xəbər

Lənkəranda külli miqdarda narkotik aşkarlandı, saxlanılanlar var

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Publika.az-a daxil olan məlumata görə, cari ilin 8 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq “tiryək”, 1 kq “heroin”, 750 qr “metamfetamin” və 2680 ədəd “Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Fakt üzrə başlanılmış cinayət işi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm