Azərbaycanın Milli Qəhrəmanı deputatlığa namizədliyini verdi – FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın Milli Qəhrəmanı deputatlığa namizədliyini verdi – FOTO

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev millət vəkilliyinə namizədliyini irəli sürüb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Zabit Quliyev doğulub böyüdüyü Kürdəmir rayonundan deputat olmaq üçün müraciət edib. O, 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, 6 iyun 1975-ci il tarixində Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olan Zabit Quliyev 1993-cü ildə Milli Orduya çağırılıb və cəbhə bölgəsində xidmətə başlayıb. O, Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənib və dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarıb. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm