Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE/FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - DOSYE/FOTOLAR

Andey Sipilinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçi təyin edilməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Birinci vitse-prezidentin yeni köməkçisi bundan əvvəl - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. O, 2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm