Nida Xəbər
Rauf Arifoğlu öz “klon”u haqda DSK-ya şikayət verəcək: “Bu, mənə və seçicilərə qarşı təxribatdır”
Məlum olduğu kimi, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 35 saylı Xətai III seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Abbasov Çərkəz oğlunun müraciətinə baxılıb.
Publika.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.
A.Muxtarova deyib ki, Mərkəzi Seçki Komissiyasının ekspert qrupunun araşdırması nəticəsində həqiqətən də Dairə Seçki Komissiyasının qərarında aidiyyəti olmayan maddələrin sadalanması məlum olub: "Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”.
Bu səbəbdən Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.
Bu mövzu ilə bağlı 35 saylı Xətai III seçki dairəsindən namizədliyi təsdiqlənən “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu (Abbasov) musavat.com-a açıqlamasında bildirdi ki, bütün ölkə ictimaiyyəti ona qarşı seçki təxribatına şahidlik edir. Müsahibimizin sözlərinə görə, sözügedən təxribatı onun rəqibləri təşkil ediblər:
“Məqsəd mənim səslərimi bölməyə və seçiciləri çaşdırmağa hesablanıb. Necə işlədiyimizi görür və narahat olurlar. Artıq dairədə 3 Abbasov, iki Rauf var - bu texnologiya, çirkli texnologiyadır. Əldə etdiyim məlumata görə, mənə dublikat kimi seçkiyə daxil edilən şəxsin imzalarının yığılmasında ciddi pozuntulara yol verilib. Hesab edirəm ki, MSK söz-söhbətdən və mənim rəqiblərimin təzyiqindən çəkinərək, bu faktları dərindən araşdırmadan qərar verib”.
R.Arifoğlu bildirdi ki, məhz bu səbəbdən adı və soyadı onunla eyni olan deputatlığa namizədin imza vərəqələrinin təkrar və diqqətlə yoxlanılmasını, bundan əvvəlki qərarın əsaslandırılmasını tələb edəcək. Müsahibimiz bildirdi ki, seçiciləri çaşdırmağa yönəlmiş bu hadisənin qarşısı alınmalıdır.//Musavat.com
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO


































