Nida Xəbər
Seçkilər müasir beynəlxalq standartlar çərçivəsində keçiriləcək - PA rəsmisi
Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova çıxış edib.
Publika.az-ın məlumatına görə, Səadət Yusifova bildirib ki, biz bura fevralın 9-da keçiriləcək parlament seçkilərində KİV-in rolu və vəzifələrini müzakirə etmək üçün toplaşmışıq: “2019-cu il Azərbaycan tarixində köklü islahatlar ili oldu. Həyata keçirilən son islahatlar keyfiyyət və kəmiyyət baxımından kəskin şəkildə fərqlənir. Biz artıq ictimai rəyin mühüm rol oynadığı bir dövrə qədəm qoymuşuq. Bu dövr nəsillər arasında tarixi varislik prinsipi saxlanılmaqla yenilənmə, başqa sözlə desək, yaşlı nəslin təcrübəsi ilə gənc nəslin dinamikliyinin sintezini təşkil edir. Bu proses bütün hakimiyyət qollarını əhatə edir. Parlament seçkiləri də bu islahatlar kursunun ayrılmaz tərkib hissəsidir və daha çevik, dinamik deputat korpusunun olmasına hədəflənib. Seçkilər müasir beynəlxalq standartlar çərçivəsində keçiriləcək. Media bu prosesin tərkib hissəsidir. İnformasiya axını artdıqca medianın iş yükü də artmış olur. Ölkəmizdə yüzlərlə media qurumu fəaliyyət göstərir. Məsələn, parlament seçkilərinin ödənişli əsaslarla işıqlandırılmasına ümumilikdə 40 KİV – 30 agentlik, 9 qəzet və 1 televiziya kanalı qoşulub. Media qurumları seçki prosesini obyektiv işıqlandırmalı, bütün namizədlərə bərabər şərait yaratmalıdırlar. Eyni zamanda sosial şəbəkələrin inkişafı vətəndaş aktivliyini stimullaşdırır. Bu gün ölkə üzrə internet istifadəçilərinin 82 faizi sosial şəbəkələrdən istifadə edir. Populyarlığına görə ilk sırada 74 faizlə “Youtube” videohostinqi, 62 faizlə “Facebook”, 58 faizlə “İnstagram” dayanır. Sosial media ictimai rəyi formalaşdıran əsas amillərdən birinə çevrilib. Fəal blogerlər, səhifə adminləri daşıdıqları məsuliyyəti dərk etməlidirlər”.
Səadət Yusifova qeyd edib ki, imza vərəqi götürən 1774 nəfərin 300-ə yaxını 19 siyasi partiyanı təmsil edir: “Artıq qeyd edildiyi kimi onlardan 1534 nəfəri qeydə alınıb. Bu isə bir yerə 11 nəfərin düşməsi deməkdir. 125 seçki dairəsi üzrə təbliğat-təşviqat üçün 128-i açıq, 128 qapalı olmaqla ümumilikdə 256 yer ayrılıb. Təbliğat-təşviqat prosesi zamanı “qara piar” da istisna deyil. Bu baxımdan media qurumları öz fəaliyyətlərində qanunvericiliyi rəhbər tutmalıdırlar. Əminik ki, seçki prosesi uğurları ilə yadda qalacaq. Media qurumları isə demokratiya və sosial məsuliyyət ənənələrinin daha da formalaşmasına öz töhfələrini verəcəklər”.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu










.jpg)












