Nida Xəbər
İkinci Rauf Abbasovun arxasında Ağazadə var – Partiya sədri ETİRAF ETDİ
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid partiyasının sədri İqbal Ağazadənin qarşı-qarşıya gəldikləri 35 saylı Xətai üçüncü Seçki Dairəsində namizədlərin bəzi yolverilməz üsullardan istifadə etdikləri sübut olunub.
Musavat.com saytının reportyorları araşdırma nəticəsində üzə çıxardıblar ki, Qusar sakini, Azərbaycan dilində normal yazıb-oxumağı belə bacarmayan Abbasov Rauf Çərkəz oğlunu (Rauf Arifoğlu ilə eyni ad-soyadı daşıyan şəxsi-red.) hansısa vasitələrlə (iddialara görə, rüşvət verərək) Bakıya, Xətai üçüncü Seçki Dairəsinə gətirən, bununla da əsas rəqibi Abbasov Rauf Arifoğlunun səslərini parçalamağı, seçicini çaşdırmağı hədəfləyən, əvvəldən də təxmin olunduğu kimi, İqbal Ağazadədir.
Məlum olub ki, Rauf Abbasovdan 6 aylıq ümumi etibarnamə alaraq (N 7E-1059), onun DSK-dakı fəaliyyətini yürüdən Tərtər rayonu, Qaynaq kəndinə qeydiyyatlı Bəylərov Qoşqar Allahverdi oğlu Ümid partiyasının funksioneri, İqbal Ağazadənin yaxın silahdaşı və təbliğatçısıdır. Onlar məqsədli şəkildə, əvvəlcədən planlayaraq, seçki fırıldağı həyata keçirmiş, bu məqsədlə Qusar sakini, Məlikov 7 ünvanında yaşayan Abbasov Rauf Çərkəz oğlunun anlaqsız vəziyyətindən sui-istifadə etmişlər.
Daha sonra Musavat.com müxbirlərinin Qoşqar Bəylər adlı Ümid funksioneri ilə video-müsahibəsindən aydın olub ki, 35 saylı dairədə seçkilərə hiylə qatma ideyası, bunun təşkilatçısı və icraedicilərindən biri deputatlığa namizəd Ağazadə İqbal Fehruz oğludur.
İfşa materialları dərc olunandan saatlar sonra İ.Ağazadə bunu özü də etiraf edib. Belə ki, o, özünün facebook hesabında açıq etiraf edib ki, Abbasov Rauf Çərkəz oğlunu Qusar rayonundan Bakıya, seçkilərdə iştiraka özü gətirib. Etirafını sarkazmla qarışdırsa da, gerçəklik dəyişmir – İqbal Ağazadə seçki fırıldağına əl atıb!

Rauf Arifoğlunun seçki qərargahının DSK, MSK və ölkənin baş prokuroruna bu faktı araşdırmaq üçün müraciət hazırladıqları bildirilir.
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
























.png)









