Nida Xəbər
Çingiz Qənizadə Beyləqanda növbəti görüşlərini keçirdi - FOTO
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə Beyləqan rayonunun Aşıqalılar və Əhmədli kəndlərində yaşayan seçiciləri ilə görüşlər keçirib.
Publika.az xəbər verir ki, görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət proqramı, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Çıxış edən kənd sakinləri, ağsaqqallar, Qarabağ qaziləri, gənclər, Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Onlar üçün hər zaman açıq və əlçatan deputat olduğunu xüsusi qeyd ediblər. Həmçinin telefon zənglərinə, ərizə və şikayətlərinə operativ reaksiya verən, kənddə gedən abadlıq və quruculuq işlərində yaxından iştirak etdiyini, qaldırılan məsələləri vaxtlı-vaxtında müvafiq qurumlara çatdırdığını deyiblər. Kənd sakinləri Çingiz Qənizadəni sadə deputat kimi tanıdıqlarını da gizlətməyiblər.
Növbəti parlament seçkilərində də Çingiz Qənizadəyə səs verəcəklərini söyləyiblər.
Daha sonra Çingiz Qənizadə fərdi qaydada müraciət edən seçiciləri ayrı-ayrılıqda qəbul edərək onları dinləyib və problemlərini qeyd edib. Kənddə olan kiçik problemlər namizədin diqqətinə çatdırılıb. Çingiz Qənizadə də bu və ya digər məsələlərlə yaxından məşğul olacağı barədə seşicilərinə söz verib.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ