Nida Xəbər
Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi - FOTOLAR
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşləri davam etdirir.
Publika.az xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə Beyləqan rayonunun Sarısu, Şərq və Türklər kəndlərində görüşlər keçirib.
Görüş zamanı deputatlığa namizəd regionların sosial-iqtisadi inkişaf proqramına dair 2019-2023-cü illərdə bu kəndlərdə dövlət proqramında nəzərdə tutulan və tikintisi planlaşdırılan məsələlər ətrafında məlumatlar verib. Eyni zamanda seçicilərin suallarını cavablandırıb.
Daha sonra kənddə olan müəyyən problemlərin müvafiq qurumlara çatdırılacağına söz verib.
Kənd sakinləri ölkədə usaqpulunun bərpa olunmasını və bunun yuxarı orqanların diqqətinə çatdırılmasını deputatlığa namizəddən xahiş ediblər.
Çingiz Qənizadə ayrı-ayrı vətəndaşları da fərdi qəbul edib.
Görüşlərdə çıxış edənlər Çingiz Qənizadənin bu kəndlər üçün əlçatan deputat olduğunu, kəndlərə gəlib seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların qaldırdığı problemlərə diqqətlə yanaşdığını qeyd ediblər. Seçicilər deputatlığa namizədin Milli Məclisdəki beynəlxalq fəaliyyətini də yüksək qiymətləndiriblər. Həmçinin seçicilər Çingiz Qənizadəyə səs verəcəklərinə də söz veriblər.
Şərq kəndində namizədlərdən biri, İxtiyar Şirinovun oğlu Hikmət Şirinov Çingiz Qənizadənin seçicilərlə görüşə müdaxilə etmək üçün cəhdlər edib. Belə ki, o əvvəlcədən öyrədilmiş bir qrup şəxsi öz arxasıyca apararaq, şüarlar səsləndirib. Onun bu hərəkəti aktlaşdırılıb və dairəyə bu haqda rəsmi müraciət olunacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO


































