Qüdrət Həsənquliyevin seçicilərlə növbəti görüşü keçirildi
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyevin seçicilərlə növbəti görüşü keçirildi

36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib.

Publika.az xəbər verir ki, görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini və vəkili Elçin Mirzəbəyli onun siyasi fəaliyyəti haqqında söz açıb və Qüdrət Həsənquliyevin həm siyasətçi, həm də millət vəkili kimi hər zaman ictimai maraqlardan çıxış etdiyini vurğulayıb.

Daha sonra BAXCP sədri, deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərə öz seçki platformasının əsas istiqamətləri haqqında danışıb, hüquq və dövlət quruculuğu, sosial-iqtisadi siyasət, elm, təhsil və digər istiqamətdə həyata keçirilməsi vacib olan islahatlara diqqət çəkib, problemlərin həlli yolları barədə fikirlərini açıqlayıb.

Qüdrət Həsənquliyev bütün görüşlərdə olduğu kimi bu dəfə də ölkəmizin qarşısında dayanan ən böyük problemin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olduğunu qeyd edib və bu istiqamədə ciddi irəliləyişə nail olmaq üçün peşəkar ordu quruculuğu və xarici siyasət sahəsində həyata keçirilməsi vacib olan tədbirlər haqqında danışıb.
Görüşün sonunda deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin məhkəmə-hüquq, səhiyyə və digər sahələrlə bağlı suallarını cavablandırıb.

Görüşdə çıxış edən seçicilər Qüdrət Həsənquliyevin namizədliyini dəstəklədiklərini və ona səs verəcəklərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm