Aytən Piriyevanın seçicilərlə görüşləri davam edir - FOTO
Bizi izləyin

Nida Xəbər

Aytən Piriyevanın seçicilərlə görüşləri davam edir - FOTO

87 saylı Ağsu-İsmayıllı Seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Aytən Səfərova (Piriyeva) seçkiqabağı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Bu gün o, bu dairədən ətrafında ən çox toplanan, kəndlərdə ən çox yolu gözlənilən, ən çox ümid bəslənilən namizəddir. Bugünədək Ağsu və İsmayıllının 50-dən çox iri və kiçik kəndlərində görüşlər keçirən namizəd qarşısında seçicilərin ən çox irəli sürdüyü qeyri-adi tələb - seçki prosesini izləyəcək müşahidəçi qrupunun daha da gücləndirilməsi barədədir. Bu tələbin irəli sürülməsinə əsas səbəblərdən biri də, DSK rəhbərliyi, üzvləri, məntəqə komissiyalarının rəhbər və sıravi işçilərinin rayon ictimaiyyəti, seçicilər arasında guya ki, hazırkı deputat, "Vəhdət" partiyasının sədri T.Kərimlinin seçiləcəyi, seçicilərin səsindən və fəallığından asılı olmayaraq, 64 yaşlı Kərimlinin yenidən deputat kürsüsündə əyləşəcəyi barədə yaydıqları şayiələrdir.

Qeyd olunur ki, bu gün Ağsuda T.Kərimliyə kənd icra nümayəndələri və bələdiyyə sədrləri yaxından kömək edirlər, onun ətrafına sayı maksimum 15 nəfər insan toplayırlar (çoxu həmin şəxslərin qohumlarıdır). Çünki bu gün bu dairədə T.Kərimliyə millət vəkili kimi sadə camaat inanmır, hörmət etmir, onunla görüşə könüllü surətdə getmək, onu bir daha deputat kimi görmək istəmir.

A.Piriyevanın sözlərinə görə, Ağsu-İsmayıllı seçki dairəsində olan insanların, xüsusilə kəndlilərin arasında ruh düşkünlüyü, inamsızlıq sezilir, lakin onlar dövlət başçısının son islahatlarına böyük inam bəsləyir, seçicilərin etimad göstərəcəyi namizədin seçiləcəyinə ümid edir.

A.Piriyeva habelə qeyd edib ki, bu gün Ağsu-İsmayıllı seçki dairəsində dövlət başçısının həyata keçirdiyi islahatlara kölgə salan, əhali arasında budəfəki seçki prosesinə inamsızlıq yaradan, seçicilər arasında çaşqınlığa yol açan, onları səsvermədən soyutmaq məqsədi güdən qüvvələr mövcuddur. Bu səbəbdən də deputatlığa namizəd 87 saylı Ağsu-İsmayıllı Dairə seçki komissiyasının rəhbərliyi və üzvlərinin (məntəqə sədrləri və sıravi işçilərinin) xüsusi nəzarətə, müşahidə altında alınması xahişilə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə müraciət edib. Onun sözlərinə görə, müəyyən şəxslərin öz məkrli planlarını yürüdərək, Prezidentin həyata keçirdiyi islahatlara xalq arasında inamsızlıq yaratmaq cəhdlərinin qarşısını almaq bir jurnalist, namizəd və vətəndaş olaraq borcudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm