Nida Xəbər
"Azərbaycanda seçki institutu yüksək şəkildə formalaşıb" - VİDEO/FOTO
9 fevral parlament seçkiləri ilə bağlı keçirilən seçkilərdə Səbail rayonunda seçici fəallığı müşahidə edilir. SİA xəbər verir ki, xüsusilə 29 saylı Səbail seçki dairəsinin 1376 nəfər seçicisi olan 2 saylı məntəqəsində (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) səhər saatlarından başlayaraq seçicilər məntəqətə aktiv şəkildə gəlirlər.
Seçkiləri xarici müşahidəçilər də izləyiblər. Qeyd edək ki, onlar səhər saat 8:00-da şəffaf seçki qutularının plomblanması və nömrələnməsini, həmçinin seçicilərin səsvermə prosesini də müşahidə ediblər.
MDB-nin parlament assambleyasının baş katibi Dmitri Kaibitski Dmitri və digər müşahidəçisi Sadiq Soqoyev bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır və bununla bağlı keçirilən seçkilər öz şəffaflığı ilə seçilir. O cümlədən, seçkiöncəsi təbliğat-təşviqat prosesi də yüksək fəallığı və kifayət qədər az nöqsanları ilə seçilib.
Müşahidəçilər qeyd ediblər ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO


































