Nida Xəbər
Maale-Adumimin vitse-meri: Seçkilər çox yüksək səviyyədə təşkil edilib
Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirilir. Seçkilərin təşkili məni heyran etdi. İsraildən çox müşahidəçi gəlib. Burada gördüyümüz hər şey mükəmməldir. Məncə, hamı çox razı qalıb. Təkcə sizdə deyil, bütün dünyada da belə olmalıdır.
Bu sözləri Maale-Adumim şəhərinin vitse-meri Boris Qrossman söyləyib.
Onun sözlərinə görə, parlament seçkiləri ilin əsas hadisəsidir və bu hadisə dövlətin və cəmiyyətin sonrakı inkişafına şəksiz təsir göstərəcək. B.Qrossman deyib: “Xarici müşahidəçilərin dəvət edilməsi göstərir ki, Azərbaycanda parlament seçkiləri açıq, azad və aşkar keçirilir. Səsvermə prosesi beynəlxalq normalara uyğundur. Məni təəccübləndirən məqamlardan biri də bu oldu ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, seçki məntəqələrində vətəndaşların fəallığı yüksəkdir. Bayırda bir dərəcə şaxtadır, amma insanlar, xüsusən də gənclər seçki məntəqələrinə axışırlar. Bu, çox yaxşı haldır”.(AzərTAc)
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək








































