Nida Xəbər
Mixail Finkel: Azərbaycanın seçki sistemi İsraildəkindən daha etibarlıdır
Azərbaycanda parlament seçkiləri məndə xoş təəssürat oyatdı. Bu seçkilər bütün beynəlxalq standartlara uyğundur. Seçkilər demokratik, çoxpartiyalı sistem transparentdir. Təkrar səsvermələrin qarşısını almaq üçün seçicilərin barmaq izlərinin götürülməsi məni əməlli-başlı təccübləndirdi. Deyə bilərəm ki, sizdə səsvermə sistemi İsraildəkindən daha mütərəqqi və etibarlıdır.
Bu sözləri Azərbaycanda parlament seçkilərini müstəqil müşahidə edən tanınmış politoloq, hüquqşünas alim, beynəlxalq münasibətlər sahəsində ekspert Mixail Finkel müsahibəsində söyləyib.
O deyib: “Sizdəki bülletenlər eynən İsraildə olduğu kimidir, səsvermə sistemi də eynən bu cürdür. İstirahət günü olmasına, soyuq və küləkli hava şəraitinə baxmayaraq vətəndaşların yüksək fəallıq nümayiş etdirməsi, müxtəlif yaşda insanların seçki məntəqələrinə axışması məndə böyük təəssürat oyatdı. Diqqətəlayiq məqamlardan biri də budur ki, gənclər səs verərkən ölkənin gələcəyinin qurulmasında iştirak etdiklərini dərindən hiss edirlər”.(AzərTAc)
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
























.png)









