Nida Xəbər
Kan-Lük Reytser: "Bu gün böyük tərəqqi görürəm" - MÜSAHİBƏ
“Vestnik Kavkaza” Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Fransa parlamentinin deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Kan-Lük Reytserdən müsahibə alıb. Müsahibəni təqdim edirik.
- Azərbaycan parlamentinə seçkilərlə bağlı sizdə hansı təəssüratlar yaranıb?
-Hər şey çox gözəl təşkil edilib. Biz dərhal bütün namizədlərin siyahılarını, səsvermə qaydalarını və digər prosesləri gördük. Biz görürük ki, təşkilatçılıq məsələləri ilə yaxşı ixtisaslaşmış peşəkarlar məşğul olur. Seçicilərin kabinəyə daxil olaraq öz seçimlərini və şəxsi seçimlərini etməyə heç nə mane olmur.
- Fransa və Azərbaycan parlamentarilərinin münasibətləri necə tənzimlənəcək?
- Milli Məclisin yeni tərkibində bir çox gənc insanların, daha çox qadınların olacağı gözlənilir. Azərbaycan parlamenti daha çox Fransa parlamentinə bənzəyəcək. Mən, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti kimi tez-tez Bakıda oluram. Bizdə bu şəhərlə sıx münasibətlər formalaşdırılıb və biz bu əməkdaşlığı daha da dərinləşdirmək istəyirik.
Fransada erməni diasporasının üzvləri yaşayır, ona görə də, vacibdir ki, fransız ictimaiyyəti və siyasətçiləri Azərbaycanın fikirlərini, düşüncələrini, mövqeyini eşidib-anlasınlar. Biz çox ümid edirik ki, Fransa prezidenti Emmanuel Makron daha sıx münasibət qurmaq üçün Bakını ziyarət edə biləcək. Ona görə ki, Azərbaycan regionun sabitliyi üçün çox böyük rol oynayır. Hazırda Bakı Rusiya, İran, Türkiyə kimi böyük dövlətlərlə özünün balanslaşdırılmış xarici siyasətini qurmağa çalışır. Bu dövlətlərlə möhkəm bağların yaranması üçün Azərbaycan prezidentinin böyük xidmətləri vardır.
-Azərbaycanda həyata keçirilən islahatlardan nə gözləyirsiniz?
- Hazırda burada elektoral prosesi gedir ki, bu da Fransa ilə münasibətdə pozitiv təsirlər göstərir. Vurğulamaq istərdim ki, Fransaya əsl demokratik prosesləri formalaşdırmaqdan ötrü 200 il lazım oldu. 25 il əvvəl mən burada müşahidəçi idim və bu gün böyük tərəqqi görürəm.
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?






.jpg)
.jpg)

















.jpg)









