"Müxalifət partiyasından olan biri dedi ki..." - Yanus Niedzvieçki
Bizi izləyin

Nida Xəbər

"Müxalifət partiyasından olan biri dedi ki..." - Yanus Niedzvieçki

"Azərbaycanda keçirilən seçkilər həm qanunvericilik, həm də texniki cəhətdən yaxşı təşkil olunub".

Publika.az xəbər verir ki, bunu xarici müşahidə missiyalarının mətbuat konfransında Demokratiya və İnsan Məsələləri üzrə Avropa Şurasının prezidenti Yanus Niedzvieçki deyib.

O, heç bir qanun pozuntusu müşahidə etmədiklərini bildirib:

"Mən Avropa daxil olmaqla müxtəlif ölkələrdə parlament seçkilərini müşahidə etmişəm. Azərbaycanda keçirilən seçkilər həm qanunvericilik, həm də texniki cəhətdən yaxşı təşkil olunub. Hətta müxalifət partiyasından olan biri dedi ki, hər hansı qanun pozuntusu müşahidə etməmişəm. Müxalifətçinin bunu deməsi seçkinin şəffaflığının göstəricisidir".

Çexiya Parlamentinin üzvü Vera Prohazkova bu gün 3 məntəqədə müşahidə apardıqlarını vurğulayıb:

"Seçkilər yüksək demokratik şəraitdə aparılıb. Məntəqələrdə görüşdüyümüz insanlar da problem olması ilə bağlı irad bildirmədilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm