Nida Xəbər
Beynəlxalq müşahidəçi: "Ən çox təsirləndiyim Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi"
"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu, Avropa Şurasının müşahidə missiyası və beynəlxalq müşahidə missiyaları tərəfindən həll edilməlidir".
Publika.az xəbər verir ki, bunu parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt bu gün keçirilən mətbuat konfransında deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını arzu edir: "Bu məsələ beynəlxalq qurumlar tərəfindən həll edilməlidir. Çünki Dağlıq Qarabağ zonasında yaşamış insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər".
M.Dornfeldt Dağlıq Qarabağ zonası üzrə seçki məntəqəsində olduğunu da deyib: "Məni ən çox təsirləndirən seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərin iştirak etməsi idi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar".
M.Dornfeldt Azərbaycanda 3-cü dəfə seçkiləri müşahidə etdiklərini də söyləyib.
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO

























.png)









