Nida Xəbər
Azərbaycandakı bu qaydanın öz ölkəmizdə tətbiq olunmasını istəyirik - Böyük Britaniyanın müşahidə missiyası
Böyük Britaniyanın müşahidə missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib.
Publika.az xəbər verir ki, 6 səlahiyyətli şəxsdən ibarət missiya ortaq mətbuat konfransı keçirib: "Seçkilərin müşahidəsi ilə bağlı cümə günü Bakıya gəldik. Məntəqələrə qrup şəklində getməmişdik. Maksimum ayrı-ayrılıqda 7 məntəqəyə baş çəkdik. 5-ci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirəm. Prezident seçkilərində də müşahidəçi qismində iştirak etmişdik. Bu zaman ərzində prosedurlarda ciddi dəyişikliklərin şahidi olmamışam. Bizdə yüksək təəssüratı seçkidən əvvəl müşahidəçilərin hüquq və vəzifələrinin əks olunduğu sənədlər yaradıb. Müşahidəçilərin 80 faizi qadın idi. Qadınların səlahiyyətləndirilməsi müsbət amildir. Elə ölkələr var ki, orada heç bir sənəd əldə edilmir. Seçkilər müsbət ampluada keçdi".
Nümayəndə heyəti ortaq açıqlamasında seçkilərdə müşahidə etdikləri müsbət məqamları qeyd edib: "Bəzi məntəqələrdə 10-dan artıq müstəqil namizəd var idi. Onlardan 38-nin parlamentdə yer ala biləcəyi qənaətindəyik. Bundan başqa, siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat vardı. Düşünürəm ki, Britaniya da daxil olmaqla, bir çox ölkədə bu təcrübə tətbiq olunmalıdır. Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Prosesin pozulmasına isə şərait yaradılmamışdı. Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. 800-dən artıq xarici müşahidəçinin dəvət olunması hökumətin prosesə nə dərəcədə demokratik hazırlaşdığının göstəricisidir. Avropa ilə Azərbaycan arasında böyük fərqlər yoxdur. Sadəcə sizdə tam rəqəmlərlə nə qədər insanın səs verməsi barədə açıqlama verilmir. Bu məsələdə məntəqə sədri ilə müşahidəçilər arasında kiçik qarşıdurma yaranırdı. Bunun aradan qaldırılması mütləqdir. Başqa ciddi pozuntu yox idi".
Zümrüd
-
Magazin201:41Həyat yoldaşını çiyinlərinə alaraq qaçdı: “Dünyamı daşıyıram” - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO

























.png)









