Nida Xəbər
"Sonradan öyrəndik ki, həmin şəxs namizəd imiş" - Litvalı müşahidəçi
Litvadan gələn müşahidə missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib.
Publika.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Litva parlamentinin üzvü, parlamentin Litva-Azərbaycan Dostluq Qrupunun rəhbəri və İnsan Haqları Komitəsinin sədri Valerius Simuli Azərbaycanda demokratik seçki müşahidə etdiyini bildirib: "Uğurlu seçkilərlə bağlı sizi təbrik etmək istəyirəm. Demokratik seçki ölkə üçün bir sınaqdır. Siz bu sınaqdan uğurla keçdiniz. Biz Cocuqmərcanlıda müşahidələr həyata keçirdik. Məntəqələrlə tanış olduq. Seçki prosesinə qoşulan şəxslərlə söhbətlər apardıq. Sərhədyanı zonalara səfərimiz şənbə günü oldu. Daha sonra Bakıda 3 dairənin 15 məntəqəsini gəzdik. Müşahidəçilər təkcə siyasi dairələrə aid deyildi. Müstəqil şəxslər üstünlük təşkil edirdi. Komissiya üzvləri və müşahidəçilər öz vəzifələrini yaxşı bilirdilər. Bir neçə qeydlərimiz var. Məntəqələrin birində olduqca fəal insan gördük. Daha sonra məlum oldu ki, həmin şəxs namizəd imiş. Amma Litva və başqa Baltikyanı ölkələrdə bu təcrübə yoxdur. Azərbaycanın seçki məcəlləsində bu hal öz əksini tapıb. Bununla bağlı mübahisə etmirik. Yəqin ki, onun proseslə bağlı narazılığı vardı. Düşünürük ki, bu situasiyada obyektiv davranmaq mütləqdir. Ümumilikdə, demokratik seçki baş tutdu".
Dostluq Qrupunun digər üzvü Gintaras Vaçeqauskas isə Azərbaycan-Ermənistan münaqişəsi ilə yaxından tanış olduqlarını dilə gətirib: "Dostluq Qrupunun üzvləri olaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu bilirik. Estoniya, Litva və Latviyanın parlamentlərindən ibarət Baltiya assambleyası var. Biz uzun müddət orada işləmişik. Buna görə bütün GUAM ölkələrinin ərazi problemləri olduğunu bilirik. Bu işğal faktı Azərbaycanın inkişafına böyük əngəldir. Azərbaycanın 20 faiz torpaqları işğal altdındadır. Ümid edirik ki, bu məsələlər ədalətli yolla həll olunacaq".
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq























.jpg)














