Nida Xəbər
İtaliyalı senatorlar: "Azərbaycan bəzi Avropa ölkələrini və Amerikanı qabaqlayıb"
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndələri Azərbaycanda növbədənkənar parlament seçkisi prosesi ilə bağlı müşahidlərini mətbuata açıqlayıb.
Publika.az xəbər verir ki, İtaliya Parlamenti Deputatlar Palatası Sosial Məsələlər üzrə Komitənin sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin çox maraqlı olduğunu bildirib: "Ötən gün mən və həmkarım Bakıda və paytaxtdan kənardakı seçki məntəqələrində olduq. Sumqayıtda 2 seçki məntəqəsində prosesi izlədik. Diqqətimizi seçki qaydalarına riayət edilməsinə yönəltmişdik. Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanması məsələsində ciddi nəzarət hiss etdik. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər var idi. Müşahidə kameraları işləyirdi. Müşahidəçilər arasında həm siyasi partiyalara aid, həm də müstəqil şəxslər vardı. Onların əksəri qadın və gənclərdən ibarət idi. Müşahidəçilərdən biri şikayətlənirdi ki, məntəqə sədri ona bülletenlərin şəklinin çəkilməsinə icazə verməyib. Seçki Məcəlləsində bu qaydalarla tanış oldum. İtaliyada da bu qayda var. Seçki məntəqəsinə fotokamera ilə daxil olmaq qadağandır. Bundan başqa əyləncəli dəqiqələr də yaşadıq. Seçki məntəqələrindən birində bizi səsverənlərlə səhv salmışdılar. Onlar deyirdilər ki, siz daha əvvəl başqa seçki məntəqəsində olmusunuz. Biz izah etdik ki, xarici müşahidəçiyik. Bunu xüsusilə qeyd etdim ki, seçki prosesinin necə şəffaf keçdiyindən əmin olasınız".
İtaliya Parlamentinin Səhiyyə Komitəsinin üzvü, Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü Mariya Rizotti isə dünənki seçki prosesinin tam şəffaflıqla keçdiyini bildirib: "Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu. Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycan qadınlara böyük dəyər verir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ tanınıb. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb".
Zümrüd
-
Sosial00:15Bu tarixdə qısa iş günü olacaq
-
Qoroskop00:00Günün ulduz falı - Keçmiş xatirələr qapınızı döyə bilər
-
İdman5 Fevral 22:48Qara Qarayevə ağır itki
-
Sosial5 Fevral 22:00Görün Azərbaycanda neçə nəfər ilk adından imtina edib
-
Magazin15 Fevral 21:12“Hamilə olduğum üçün toy etmədik, abır etdim”
-
Magazin15 Fevral 20:36“Mənə indi deyirlər bu kimdir” - Video
-
İKT5 Fevral 19:00Altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş
-
Sosial5 Fevral 18:48İki şəhərdə icra başçılarının müavinlərinin sayı azaldıldı



































