Xocalı faciəsi bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdəndir - Əli Əhmədov
Bizi izləyin

Nida Xəbər

Xocalı faciəsi bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdəndir - Əli Əhmədov

"Xocalı faciəsi bəşəriyyətə qarşı çevrilmiş ən dəhşətli cinayətlərdən biridir".

Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı faciəsinin 28 illiyinə həsr olunan "Xocalı faciəsi fotolarda" adlı sərgidə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, İcra katibi Əli Əhmədov edib.

O bildirib ki, Xocalı faciəsi bəşəriyyətə qarşı çevrilmiş ən dəhşətli cinayətlərdən biridir: "Bu təkcə hərbi qətliam deyil, beynəlxalq hüququn təsnifatına görə, hərbi əməliyyatlarda iştirak etməyən, dinc əhalinin qətlə yetirilməsi hərbi qətliam hesab olunur. Bu faciə xalqımızın tarixinin bütün mərhələlərində Azərbaycan xalqı ilə yaşayacaq və milli yaddaşının tərkib hissəsinə çevriləcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm