Nida Xəbər
Diaspor könüllüləri xarici deputatlara müraciət etdi
Bu gün diaspor könüllülərinin təşəbbüsü ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş xüsusi aksiya keçirilib. Aksiya çərçivəsində, əksəriyyəti qaçqın və məcburi köçkün gənclərdən ibarət olan 100-lərlə diaspor könüllüsü Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsi üçün müxtəlif ölkələrin parlamentarilərinə kütləvi müraciətlər ünvanlayıb.
ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə göndərilən müraciətlərə “Xocalıya ədalət!” kampaniyasına dair petisiyanın mətni də əlavə olunub.
İştirakçılar aksiya zamanı paralel olaraq internet üzərindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına da dəstək veriblər.
Diasporla İş üzrə Dövlət Komitəsində toplaşan könüllülər öz şəxsi emaillərindən müxtəlif ölkələri təmsil edən 10 mindən çox deputatın email ünvanlarına müraciətlər göndəriblər.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi