
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Bu barədə nazir öz Tvitter səhifəsində yazıb.
O bildirib ki, ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir:
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.