YAP Milli Məclis rəhbərliyinə namizədlərini açıqladı - ADLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

YAP Milli Məclis rəhbərliyinə namizədlərini açıqladı - ADLAR - (YENİLƏNDİ)

YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.

Parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə isə Hicran Hüseynovanın namizədliyi irəli sürülüb.

***

09:07

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilir.

İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm