Milli Məclisə koronavirusla bağlı sənəd daxil oldu
Bizi izləyin

Nida Xəbər

Milli Məclisə koronavirusla bağlı sənəd daxil oldu

Milli Məclis koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.

Publika.az-ın məlumatına görə, bununla bağlı artıq parlamentə sənəd daxil olub.

Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb. / Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm