Nida Xəbər
DSX rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Novruz" bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırılıb, təmas xəttində döyüş mövqelərində xidmətdə olan hərbi qulluqçular bu bayram münasibətilə şəxsən təbrik edilib, hər bir sərhədçiyə bayram sovqatları təqdim olunub.
Səfər çərçivəsində xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərə, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq