Polis Qusarda profilaktik tədbirləri davam etdirir
Bizi izləyin

Nida Xəbər

Polis Qusarda profilaktik tədbirləri davam etdirir

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyətlərlə bağlı olaraq rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və sakini olduğu rayonlara yönləndirilirlər.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə profilaktik söhbətlər aparılaraq onlara infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar izah olunur, yaşı 65-dən yuxarı insanların çölə çıxmamaları qadağası barədə məlumat verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm