Nida Xəbər
AŞPA həmməruzəçiləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışladı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVID-19 epidemiyasının yayılması ilə bağlı yaşlı məhkumların əfv olunması haqqında sərəncamını alqışlayıblar.
Publika.az bildirir ki, AŞPA- nın Azərbaycan üzrə həmməruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennak dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan məhkumların Azərbaycanda əfv edilməsini yüksək qiymətləndiriblər.
“Bu humanitar tədbir Avropa Şurasına üzv ölkələrin həbsxanalarında bugünkü sanitar böhran zamanı saxlanılan məhbusların insan hüquqlarının və sağlamlıqlarının qorunmasına dair Avropa Şurasının insan haqları Komissarı tərəfindən səsləndirilən narahatlıqlara cavab verir” - həmməruzəçilər bildiriblər.
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək