Nida Xəbər
Abşeronda məcburi köçkünlər üçün salınan qəsəbə noyabrda tam hazır olacaq
"Möhtərəm cənab Prezident, bu, Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1 890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir".
Publika.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə bağlı dövlət başçısına məlumat verərkən deyib.
Onun sözlərinə görə, hazırda burada iki qəsəbə salınır: "Qəsəbələrdən biri 1 890 ailə, digəri isə 1 152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1 512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq".
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO